Oman neft hasialtını 10 faiz azaltmağa razılıq verdi - SENSASİYA

Oman neft hasialtını 10 faiz azaltmağa razılıq verdi - SENSASİYA backend

Oman digər istehsalçıların da analoji addım atacağı təqdirdə, 24 fevral tarixindən etibarən neft istehsalını 5-10 faiz nisbətində azaltmağa hazırdır. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, bu barədə ölkənin neft naziri Məhəmməd ər-Rumhi Hyuston ştatında keçirilən enerji konfransı zamanı açıqlama verib.


O, həmçinin neft istehsalının koordinasiya edilməsinin və OPEK-in bu məsələni öz nəzarətinə götürməsinin vacibliyini vurğulayıb. Omanlı nazir eyni zamanda OPEK üzvü olmayan "qara qızıl" istehsalçılarını bazarda yaranmış mövcud vəziyyətdən çıxış yolunun tapılması məsələsində əməkdaşlıq etməyə çağırıb. Bu cür nəhəng istehsalçılar arasında Birləşmiş Ştatlar, Rusiya, Çin, Kanada, Braziliya, Meksika, Norveç, Qazaxıstan və digərləri yer alır.

Bir qədər öncə Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər bu təşəbbüsə digərlərinin də qoşulacağı təqdirdə, 2016-cı il ərzində neft emalını yanvar ayı səviyyəsində saxlamağa hazır olduqlarını bəyan edib. İran da adları çəkilən ölkələrin niyyətinə qoşulacağını bildirib. Daha sonra Səudiyyə Ərəbistanı sürpriz bir şəkildə bu razılaşmalardan imtina edib. Səudiyyənin xarici işlər naziri Adil Əl-Cübeyr ölkəsinin buna hazır olmadığını açıqlayıb.

Bu arada, Venesuelanın neft naziri Euloxio del Pino martın ortalarında OPEK üzvü olan və olmayan ölkələr arasında görüşün keçirilə biləcəyini bəyan edib. Artıq İraq Omanın neft hasilatının azaldılması üzrə təşəbbüsünə qoşulacağını rəsmən bəyan edib.

Diaspora