"SOCAR Trading" şirkəti ABŞ-ın Hyuston şəhərində ofis açmağı planlaşdırır.
Qaziler.az bildirir ki, "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "SOCAR Trading" şirkətinin icraçı direktoru Arzu Əzimov bildirib.O xatırladıb ki, şirkətin hazırda Kanadanın Kalqari şəhərində ticarət nümayəndəliyi var: "Buradakı nümayəndəlik aktiv şəkildə ABŞ və Kanada arasında ticarət imkanlarını araşdırır".