Amerikada hasilat azalır, neft bahalaşmaqda davam edir

Amerikada hasilat azalır, neft bahalaşmaqda davam edir backend

Amerika Birləşmiş Ştatlarında neft hasilatının azalmasına dair xəbərlər dünya bazarında “qara qızıl”ın bahalaşmasına səbəb olub. APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında “Brent” markalı neftin qiyməti 34,06 dollar olub ki, bu da dünənki qiymətdən 56 sent bahadır.

ABŞ-da şist nefti hasil edən yataqların sayının azalması Qərbi Texas neftinin də bahalaşması ilə nəticələnib. Hazırda aprel ayı üçün bağlanan fyüçerslərdə WTI neftinin 1 barelinin qiyməti 32,80 dollardan müəyyənləşib. Bu, 24 saat əvvəlki qiymətlərdən 40 sent bahadır. ABŞ-da şist neftinin hasilatının bu il və gələn il aşağı düşəcəyinə dair proqnozlar “Brent” və WTI neftləri arasında qiymət fərqinin azalmasına səbəb olub. Hazırda bu fərq 1,26 dollar təşkil edir. Ekspertlər proseslərin bu istiqamətdə inkişafı fonunda neftin qiymətlərinin 30-40 dollar arası sabitləşəcəyini ehtimal edirlər.

Diaspora