İEA: ​Neftin qiyməti 2017-ci ildən sonra artmağa başlaya bilər

İEA: ​Neftin qiyməti 2017-ci ildən sonra artmağa başlaya bilər backend

Dünya neft bazarında qiymətlər tələb və təklifin 2017-ci ildə tarazlaşmasından sonra korrektirovka olunacaq.

Qaziler.az bildirir ki, "Report"un verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) hesabatında bildirilir.
Agentliyin ekspertlərinin fikrincə, neftə olan tələbat psixoloji hədd sayılan 100 mln. barel/gün səviyyəsini 2019-2020-ci illərdə keçə biləcək.
Bazarda neft təklifinin tələbi üstələməsi 2014-cü və 2015-ci illərdə müvafiq olaraq 0,9 mln. və 2 mln. barel/gün təşkil edib. Bu il isə təklifin 1,1 mln. barel/gündən artıq olacağı ehtimal olunur və tarazlığın yalnız 2017-ci ildə bərpa olunacağı gözlənilir.
İEA-nın hesabatında vurğulanır ki, bazarın bugünkü vəziyyəti nəzərə alınmaqla, hər hansı geosiyasi gərginlik yaşanmasa, yaxın gələcəkdə neftin qiymətinin kəskin artımı gözlənilmir. Qeyd edək ki, 2015-ci ildə dünyada gündəlik neft tələbatı 94,4 mln. barel təşkil edib.
Diaspora