Ukraynada Rusiya banklarının ofislərinə hücumlar başladı

Ukraynada Rusiya banklarının ofislərinə hücumlar başladı backend

Rusiya Sberbankı Ukraynanın Lvov şəhərində fəaliyyətini dayandırıb. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, naməlum şəxslər bankın ofisinə "molotov kokteylləri" atıblar və ofis yanıb.

Bankın şəhərdəki başqa bir ofisinin də yandırılmasına cəhd edilib. Lakin sonra məlum olub ki, atılan yandırıcı maddə alışmayıb. Bundan qəzəblənən həmin şəxslər ofisin pəncərələrini sındırıblar.

Hər iki hadisə yerinə yanğınsöndürənlər gəlib. Adı çəkilən şəhərdə Rusiya əleyhinə iğtişaşlar genişlənib.



Kiyevdə isə Rusiyanın "Alfa-Bank"ının ofisi dağıdılıb. Mebellər qırılıb, sənədlər məhv edilib. Ofisin pəncərələri sındırılıb.
Diaspora