Səudiyyə İranın lehinə casusluq edən 32 nəfəri həbs etdi - EDAM GÖZLƏNİLİR

Səudiyyə İranın lehinə casusluq edən 32 nəfəri həbs etdi - EDAM GÖZLƏNİLİR backend

Səudiyyə Ərəbistanının Xüsusilə Ağır Cinayətlər üzrə Məhkəməsi İranın lehinə casusluq etməkdə təqsirləndirilən 32 nəfərə qarşı ittiham irəli sürüb. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, təqsirləndirilən şəxslər arasında ölkənin şərqindəki Əl-Katif şəhərinin sakinləri də var.

Həbs olunan şəxslər İran xüsusi xidmət orqanlarının köməyi ilə casus şəbəkəsi yaratmaq, hərbi sirrin ötürülməsi, dini ayrı-seçkiliyin yaradılması, iqtisadi cəhətdən mühüm obyektlərdə təxribatların törədilməsi, eləcə də dövlət qulluqçularının da bu şəbəkəyə cəlb edilməsində ittiham olunurlar.



Qeyd edək ki, İslamın şiə qanadının hökmranlıq etdiyi İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yanvar ayının əvvəlində, şiə ruhanisi Nimr ən-Nimrin Səudiyyə Ərəbistanı tərəfindən edam edilməsindən sonra alovlanıb.
Diaspora