SOCAR 2016-cı ildə Bakı-Novorossiysk kəməri ilə neft nəqlini bərpa etmək üçün Rusiyanın "Transneft" şirkəti ilə danışıqlar aparır.
Qaziler.az "APA-Economics"ə istinadən xəbər verir ki, "Reuters" agentliyi SOCAR-dakı mənbəyinə istinadən yazır.Agentlik xatırladır ki, SOCAR dekabr ayı ərzində texniki məhdudiyyətlər ucbatından Bakı-Novorossiysk kəməri nəqli dayandırıb. "Biz nəqlin başqa marşrutla, Mahaçqala üzərindən aparılmasını xahiş etdik. Bu, müqavilədə də öz əksini tapıb. Lakin "Transneft" texniki məhdudiyyətləri səbəb kimi göstərərək, bizə "yox" cavabı verdi", - deyə mənbə qeyd edib.
Şirkət rəsmisi bildirib ki, SOCAR bu il ərzində Rusiya üzərindən 1,4 mln. ton neft ixrac etməyə hazırdır. Ötən il bu göstərici 1,27 mln. ton təşkil edib.