Bakının bir sıra rayonlarının, eləcə də Quba rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Qaziler.az bildirir ki, “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, istismar müddəti başa çatmış diametri 250 millimetrlik siyirtmənin yenisi ilə əvəzlənməsi və yeni çəkilmiş diametri 76 millimetrlik qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə fevralın 19-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 2, 3, 4-cü mikrorayonlarında, A.Qurbanov və H.Ələskərova küçələrində, Yasamal rayonunun Şərifzadə küçəsi, 1-ci və 2-ci Alatava qəsəbələrində, Nərimanov rayonunun Ağa Nemətulla, Y.V.Çəmənzəminli və Ə.Qayıbov küçələrinin, eləcə də Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.3 rayonda qaz olmayacaq

