Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi layihəsi bütün regionun iqtisadiyyatını canlandıracaq.
Qaziler.az bildirir ki, Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.Nazir Türkiyənin bu layihəyə xüsusi diqqət ayırdığını bildirib.
M.Çavuşoğlu BTQ dəmir yolunun tikintisinin cari ildə başa çatacağını qeyd edib.