İran Rusiya və OPEK-ə xüsusi şərtlər irəli sürdü: Hasilatı azaltmayacağıq

İran Rusiya və OPEK-ə xüsusi şərtlər irəli sürdü: Hasilatı azaltmayacağıq backend

İranı neft hasilatının azalmasına razı salmaq üçün bu ölkəyə xüsusi şərtlər daxilində anlaşma təklif edilə bilər. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, İslam Respublikası hələ ki, hasilatın artırılması məsələsində kompromisə getmək istəmir. Bu barədə OPEK-dəki müzakirələrdə iştirak edən mənbələr məlumat verib.


"İran bazara geri dönür və buna görə də rəsmi Tehrana xüsusi bir şans veriməlidir".

Mənbə eyni zamanda sözü gedən şərtlərin nədən ibarət ola biləcəyini dəqiqləşdirməyib. Lakin, ehtimal etmək olar ki, onlar İranın neft hasilatını artırmaq fikrindən daşınması və ya gələcəkdə neftə olan qiymətlərin bərpa edilməsi ilə yanaşı istehsalın koordinasiyasından ibarətdir.

Fevralın 16-da Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela artıq bu təşəbbüsə digər neft ölkələrinin də qoşulması halında hasilatın azaldılmasına hazır olduqlarını bəyan ediblər. Artıq İraq və Küveyt bu təşəbbüsə qoşulacağını açıqlayıb. Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Süheyl bin Məhəmməd əl-Mazruey ölkəsinin bazarın stabilliyi də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə ixracatçılarla əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.



O deyib ki, neft hasilatının səviyyəsi sanksiyalardan öncəki göstəricilərə yaxınlaşmayanadək hasilatın məhdudlaşdırılması məsələsində sərt mövqe sərgiləyəcəklərini bildirib.

"İrandan neft hasilatının azalmasını tələb etmək məntiqə uyğun deyil. İrana qarşı sanksiyaların qüvvədə olduğu vaxtda bəzi ölkələr hasilat səviyyəsini artırıb. Bu da öz növbəsində neftin qiymətlərini kəskin şəkildə aşağı salıb", - deyə o qeyd edib.

Bu arada, çərşənbə axşamı Venesuela, İran, İraq və Qətərin neft nazirləri iranlı həmkarları Bican Zəngani ilə danışıqlar aparacaq.

Qeyd edək ki, 2012-ci ilə qədər İranda gündəlik ixrac səviyyəsi sutka ərzində 2,5 milyon barel təşkil edirdi. Sanksiyalardan sonrakı dövrdə isə bu rəqəm azalaraq, sutkada 1,1 barelə çatmışdı.
Diaspora