Valeh Əzizov etiraf edib ki, oğurladığı qiymətli əsərləri və əşyaları kolleksiyaçılara satırmış. Moskvada muzeydən rəsm əsəri oğurlayan azərbaycanlı saxlanılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Valeh Əzizov adlı Azərbaycan vətəndaşı Rusiyanın tanınmış rəssamı Yuliya Kleverin fotoda gördüyünüz peyzajını oğurlayarkən saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, Əzizov vaxtı ilə 1-ci Nikolayın sarayında olmuş farforlu vaza, Konstain Makovskini “Boyarinin” və Vasili Polenovun “Attitud” əsərini, habelə bir neçə başqa əşyanı da oğurladığını etiraf edib.Valeh Əzizov onu da etiraf edib ki, oğurladığı əsərləri və əşyaları kolleksiyaçılara satırmış.