“İpək Yolu” qatarı Tehrana çatdı

“İpək Yolu” qatarı Tehrana çatdı backend

Çinin “İpək Yolu”nu yenidən canlandırma məqsədi ilə Çiçiyanq əyalətindən yola çıxan ilk yük qatarı İranın paytaxtı Tehrana çatıb. Axar.az xəbər verir ki, Tehranda qatarı bu ölkənin Dəmir yolları şirkətinin baş direktoru Möhsün Pur Ağa qarşılayıb.


O, yük qatarının yanvarın 28-də Yivu şəhərindən yola çıxdığını xatırladaraq, Qazaxıstan və Türkmənistandan keçməklə 10.399 kilometr yol qət etdiyini deyib.

Xatırladaq ki, “İpək Yolu” xətti üzərində yerləşən ölkələrin iqtisadi gücü 2,1 trilyon dollara bərabərdir.
Diaspora