Üçüncü dərəcəli neft şirkətlərinin bu il müflis olması üçün yüksək risk var. Axar.az xəbər verir ki, bu, ABŞ-ın “Deloitte” araşdırma və konsaltinq şirkətinin hesabatında yer alıb.
500-dən artıq neft-qaz şirkəti arasında aparılan araşdırmada enerji sektorunun dərin böhran içərisində olduğu bildirilib:“Neft qiymətlərinin kəskin ucuzlaşması nəticəsində şirkətlər büdcələrində və işçi heyətlərində ixtisarlara getməyə məcburdurlar”.
Qeyd olunur ki, hazırda 175 şirkət müflis olmağın astanasındadır və onların 150 milyard dollardan artıq borcu var.
Ötən gün Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının dondurulması və 11 yanvar səviyyəsində saxlanılması barədə razılaşıb. Bu gün isə İran və İraq hasilatın dondurulması məsələsini müzakirə edəcək.
Birjalarda neftin qiyməti 2014-cü ilin iyulundan ucuzlaşmağa başlayıb. Ucuzlaşmanın başlıca səbəbi kimi isə hasilatın çoxluğu göstərilir.