Neftin taleyi üçün önəmli gün

Neftin taleyi üçün önəmli gün backend

Bu gün İran və İraq rəsmiləri arasında Venesuelanın da iştirakı ilə Tehranda görüş keçiriləcək. Axar.az xəbər verir ki, OPEK-in iki önəmli üzvü olan İran və İraq neft hasilatının dondurulması məsələsini müzakirə edəcək.

İraqın məsələyə müsbət yanaşdığı, İranın isə sanksiyaların ləğvindən sonra gündəlik hasilatını artırmağı və gəlirlərini yüksəltməyi planlaşdırdığı bildirilir.

Analitiklərə görə isə iki ölkə arasında razılıq əldə olunmazsa, Rusiya və Səudiyyə Ərəbistanının ötən gün imzaladığı hasilatı dondurma sazişi bazarda heç bir effekt verməyəcək.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatını 11 yanvar 2016-cı il səviyyəsində saxlamaq barədə razılaşıb.

Birjalarda neftin qiyməti 2014-cü ilin iyulundan ucuzlaşmağa başlayıb. Ucuzlaşmanın başlıca səbəbi kimi isə hasilatın çoxluğu göstərilir.
Diaspora