Rusiya ilə Səudiyyə razılaşdı: Neft hasilatı donduruldu

Rusiya ilə Səudiyyə razılaşdı: Neft hasilatı donduruldu backend

Rusiyanın Energetika naziri Aleksandr Novakla Səudiyyə Ərəbistanı rəsmilərinin Qətərin paytaxtı Dohada baş tutan görüşündə neft hasilatının dondurulması barədə qərar verilib. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.


Məlumata görə, hasilat 11 yanvar səviyyəsində saxlanılacaq. Razılaşmanın şərtlərinin yerinə yetirilməsinə nəzarət isə Qətərə həvalə olunub.

“Ucuz neft qiymətləri dünya üçün müsbət heç nə vermədi. OPEK və Rusiya uğurlu toplantı keçirdi”, - Qətərin Enerji naziri Məhəmməd Saleh Sada bildirib.
Diaspora