Rusiyanın Energetika naziri Aleksandr Novak Səudiyyə Ərəbistanından olan həmkarı Əli əl-Nəimi ilə qeyri-rəsmi danışıqlar aparacaq. APA TV-nin "Bloomberg"ə istinadən xəbərinə görə, görüşün əsas mövzusu barəsində məlumat olmasa da, danışıqlara OPEK üzvü ölkələrdən Venesuelanın təmsilçisi Euloxio del Pinonun da qatılacağı gözlənilir.
Venesuelalı nazir fevral ayının əvvəllərində əsas ixracatçı ölkələrə səfər edərək, neft hasilatının mövcud səviyyədə saxlanılması barəsində danışıqlar aparıb və onun bu təşəbbüsü Səudiyyə Ərəbistanı, Rusiya və Qətər tərəfindən anlayışla qarşılanıb.Bu arada, keçirilməsi nəzərdə tutulan görüş barəsində informasiyalar nə Rusiyanın Energetika Nazirliyi, nə də Səudiyyə Ərəbistanının Neft və Mineral Ehtiyatlar Nazirliyi tərəfindən təsdiqlənmir.
Qeyd edək ki, daha öncə ər-Riyad dünya bazarlarında neftə olan qiymətlərinin artırılması məqsədilə hasilatın azaldılmasını istisna edir və bunu bazarın mövcud vəziyyətə uyğun addımlar atmaqla özünü tənzimləməli olduğu ilə əsaslandırırdı.