Dünya bazarında neft gün ərzində 1 dollardan artıq bahalaşıb. APA TV-nin məlumatına görə, dünən səhər seanslarında 33,36 dollardan satılan “Brent” markalı neft bu gün ciddi dəyər qazanıb. Aprel ayının ikinci yarısı üçün bağlanan fyüçerslərdə “Brent” neftinin qiyməti 34,71 dollardan müəyyənləşib.
Bu, dünənki qiymətdən 1,35 dollar bahadır. Qərbi Texas nefti də həftəyə qiymət artımı ilə başlayıb. WTI neftinin bir bareli hazırda 30,73 dollardan satılır ki, bu da dünənki qiymətdən 1,36 dollar bahadır. İki marka arasında 4 dollarlıq bu gün də qorunub.“Brent” neftinin bir gündə 4 faiz, WTI neftinin isə 4,8 faiz bahalaşmasının səbəbi gözləntilərlə bağlıdır. Neftin bahalaşmasına səbəb kimi OPEK üzvü olan ölkələrin neft hasilatını azaltmağa hazır olmasına dair xəbərlərin çoxalması göstərilir. Ekspertlər neft bazarının hələ uzun müddət bu xəbərlərin təzyiqi altında olacağını təxmin edirlər.