Azərbaycan vətəndaşına məxsus ticarət mərkəzi sökülür Moskvada

Azərbaycan vətəndaşına məxsus ticarət mərkəzi sökülür  Moskvada backend

Rusiyada Azərbaycan vətəndaşı Ramin Sultanova məxsus “Piramida” ticarət mərkəzi söküləcək. APA-nın “moscow-baku.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Moskva ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib. Onun sözlərinə görə, fevralın 24-də söküləcək 1500 kv.m ərazisi olan ticarət mərkəzinin yerində sakinlərin dincəlməsi üçün istirahət parkı salınacaq. Ticarət mərkəzində yerləşən kosmetika dükanları artıq bağlıdır. Mərkəzdəki mağaza sahibləri ərazini boşaltmağa başlayıblar.


Qeyd edək ki, “Piramida” ticarət mərkəzi 90-cı illərin ən irimiqyaslı paytaxt tikililərindən sayılır.

Diaspora