Dağıstan Respublikasının paytaxtı Mahaçqaladan Bakı şəhərinə birbaşa təyyarə reyslərinin açılması planlaşdırılır.
Qaziler.az-ın məlumatına görə, "Report" "AviaPort" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Mahaçqala aeroportu" SC-nin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, hava limanı rəhbərliyi bu məqsədlə "Sibir" aviaşirkətinə təklif göndərib.