Aprelin 20-də Hindistanın paytaxtı Nyu-Dehlidə 2-ci Beynəlxalq xidmətlər sərgisi təşkil olunacaq.
Qaziler.az bildirir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgi Hindistanın Ticarət və Sənaye Nazirliyinin, Xidmətlərin İxracı Təşviqi Şurası və Hindistan Sənaye Konfederasiyasının təşkilatçılığı ilə baş tutacaq.Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunurlar.