Beynəlxalq Bankın nizamnamə kapitalı 1,141 mlrd. manata çatdırılacaq

Beynəlxalq Bankın nizamnamə kapitalı 1,141 mlrd. manata çatdırılacaq backend

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. ABB-dən “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda Bankın nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb.

Ümumi yığıncaqda Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 mln. manat məbləğində artırılması, bununla da Bankın nizamnamə kapitalının 1 mlrd. 141,3 mln. manata çatdırılması qərara alınıb.

Bununla yanaşı, Audit Komitəsinin tərkibində dəyişiklik edilib və kommersiya xarakterli layihə ilə bağlı prosedur məsələyə baxılıb.
Diaspora