ABŞ-ın Hərbi Hava Qüvvələrinin general-mayoru müsahibə zamanı huşunu itirib. APA TV-nin məlumatına görə, hadisə jurnalistlərin ona son model F-35 qırıcılarının maliyyə mənbəyi və bu hərbi texnikanın üstünlüyü barədə sual verərkən baş verib.
Ceyms Martin cavab verərkən qəfildən özündən gedib. Ona su veriblər və başqa otağa aparıblar. Daha sonra isə general-mayor xəstəxanaya yerləşdirilib.