Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” neftin bir barrelinin 20 dollardan da aşağı düşə biləcəyinə səbəb olacaq qiymət dəyişkənliyinin davam edəcəyi qənaətindədir.
Qaziler.az-ın məlumatına görə, AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, “Goldman Sachs”ın əmtəə araşdırma müdiri Jeff Currie xam neft saxlama tutumlarının bəzi yerlərdə tükənməkdə olduğunu deyib: “Qiymətlər saxlamaq mümkün olan neftin istehsalını dayandıracaq tərzdə ucuzlaşa bilər. Təklif və tələb tarazlığının pozulması neftin qiymətinin 20 dollar/barreldən də aşağı düşməsinə səbəb olacaq”.Qeyd edək ki, OPEC üzrə artan hasilat və ABŞ-da şist nefti istehsalının qlobal təklif çoxluğuna təsiri fonunda yanvarın 20-də neftin qiyməti 26 dollar/barrelədək ucuzlaşaraq son 12 ilin ən aşağı səviyyəsinə enmişdi.