Yaponiya və Avstraliyanın fond bazarları kəskin ucuzlaşıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat Avstraliya fond birjasının 3% ucuzlaşdığını bildirib. Yaponiyadakı fond bazarı isə yenin dollara qarşı bahalaşmasından sonra 5% dəyər itirib.
Qeyd edək ki, hazırda Ay təqviminə əsasən yeni il olduğuna görə Sinqapur, Honkonq, Cənubi Koreya, İndoneziya, Malaziya, Filippin, Tayvan, Çin fond birjaları fəaliyyət göstərmir.