Avro ucuzlaşıb

Avro ucuzlaşıb backend

Qaziler.az saytı APA-Economicsə istinadən xəbər verir ki, bu gün də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0491 manat səviyyəsində müəyyən edilib. Bu martın 6-da olan məzənnədən 0,0001 manat və ya 0,01% çoxdur.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0239 manat və ya 2,07% ucuzlaşaraq 1,1327 manat olub.
Diaspora