Neft 100 dollar səviyyəsinə qayıtmayacaq

Neft 100 dollar səviyyəsinə qayıtmayacaq backend

Dünya bazarlarında neftin əsas ticarətçisi olan "Vitol Group" şirkətinin rəhbəri Yan Teylor "Bloomberg"ə müsahibəsində qara qızılın qiyməti ilə bağlı proqnozlarını açıqlayıb. QAZİLER.AZ -ın Lent.az-a istinadən məlumatına görə, neft taciri mövcud vəziyyətlə bağlı ən real gözləntilərini dilə gətirib.

Neft bazarının əsas oyunçusu hesab edir ki, xammalın qiyməti artıq böyük ehtimalla 100 dollar səviyyəsinə qayıtmayacaq. Ən yaxşı halda isə yaxın 5-10 il ərzində bir barelin qiyməti 40-60 dollar arasında olacaq. Kompaniya rəhbəri deyib ki, ilin sonuna neftin qiymətini 48 dollar civarіnda gözləyirlər. Yan Teylorun sözlərinə görə, qiymətlərin aşağı olması bir sıra neft yataqlarını sıradan çıxara bilər. Amma bu vaxt alacaq.

"Biz güman edirik ki, bir barelin 60 dollar olması halında bəzi bağlanmış yataqlar istismara qayıda bilər. Amma yaxın illərdə çox yataqlar da bağalanacaq. Çünki indiki qiymətlər onlar üçün çox aşağıdır." Qiymət probleminin kökünü investorlar bazarna məhsul bolluğunda görür. Eyni vaxta isə Çin iqtisadiyyatі zəifləyir, dünya enerjiyə daha çox qəaət etməyə başlayır və üstəlik İran da neft bazarіna qayıdır. Yeri gəlmişkən artıq "Vitol" İran neftini almağa başlayıb.

"Bəli biz artıq İrandan neft alırıq. Amma məncə İranın ixracı əlavə olaraq gündə 500 min barrel artırması müəyyən vaxt alacaq. Məncə ilin ortalarına İranın hasilatı gündə 450 min barrel arta bilər. İlin sonuna isə artım gündə 600-700 min barrelə çata bilər. Bu, İranın pullarını geri alması, öncədən ödəmə və investisiya edilməsindən asılı olacaq." - deyə "Vitol Group" şirkətinin rəhbəri Yan Teylor bildirib. Yan Teylor deyib ki, neftin qiymətinin artmasına daha bir təkan OPEK və qeyri-üzv ölkələrin hasilatı azaltmaq barədə razılığı ola bilər. Bunun isə reallaşmasі ehtimalları çox azdır.
Diaspora