Rusiya Xəzər dənizində hərbi təlimlər keçirir

Rusiya Xəzər dənizində hərbi təlimlər keçirir backend

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər və Qara dənizdə təlimlərə başlayıb. APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə nazirliyinin mətbuat və informasiya idarəsi fevralın 9-da məlumat yayıb. Bildirilir ki, hərbi gəmilər Cənub hərbi dairəsinin qoşunlarının döyüş hazırlığının yoxlanılması çərçivəsində Xəzər dənizi və Qara dənizdə minalar və şərti rəqibin sualtı qayıqlarının axtarışını həyata keçirirlər.

Qeyd edək ki, fevralın 8-də Cənub hərbi dairəsinin qoşunları və hava-desant birləşmələrinin döyüş hazırlığının qəfil yoxlaması başlayıb. Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinin qoşunlarına, o cümlədən Xəzər və Qara dəniz donanmalarının qüvvələrinə 1 nömrəli döyüş hazırlığı əmri verib.

Diaspora