Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası yaradılıb

Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası yaradılıb backend

Azərbaycan Prezidentinin fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” fərmanına uyğun olaraq Dövlət Gömrük Komitəsində (DGK) komitə sədrinin müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradılıb.

Qaziler.az-ın məlumatına görə, Trend Komitənin saytına istinadən məlumat verir ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev başçılıq edir.

Yeddi nəfərdən ibarət Şuraya Komitənin strukturuna aid olan qurumların məsul şəxsləri daxil edilib.
Diaspora