Çin bankları Rusiyaya tətbiq edilən sanksiyalara qoşuldu

Çin bankları Rusiyaya tətbiq edilən sanksiyalara qoşuldu backend

Çin bankları Rusiyaya tətbiq edilən sanksiyalara qoşulublar. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu prosesdən yalnız "ExIm Bank" və "China Development Bank" kənarda qalmağa üstünlük veriblər.


Rusiya-ASEAN İşçi Şurasının icraçı direktoru Viktor Tarusin məsələyə münasibət bildirib. O deyib ki, Çin bankları yalnız Rusiya kampaniyalarına və fiziki şəxslərə kreditlərin verilməsindən imtina etmir, həm də onların hesablarını dondurmağa və ya vəsaitlərini başqa ünvanlara köçürməyə vadar edir. Onun sözlərinə görə, Çin bankları hazırda yaşanan qlobal iqtisadi vəziyyətə görə hərəkət edir və ABŞ-la münasibətlərini yüksək dəyərləndirir.

Diaspora