Tayvanın cənubunda baş verən güclü zəlzələdə ölənlərin sayı 26-ya yüksəlib. APA TV-nin “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 100-dən çox insan itkin düşmüş sayılır.
Taynan şəhərində isə 170-dən çox insan “Qızıl əjdaha” yaşayış kompleksindəki 17 mərtəbəli binanın dağıntıları altından çıxarılaraq xəstəxanalara yerləşdirilib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə təkanlar ölkənin cənubunda qeydə alınıb. Zəlzələ ocağı on kilometr dərinlikdə yerləşib. Təbii fəlakətdən ən çox Taynan şəhərinin zərər çəkdiyi bildirilir.