Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "Muğanbank" ASC-nin sənədsiz, adi, adlı səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
BFB-dən Axar.az-a verilən məlumata görə, ticarətə buraxılan qiymətli kağızların sayı 25 min ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 200 manatdır. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.“Muğanbank”ın səhmləri satışa çıxarıldı

