Azərbaycanın mobil operatoru uşaqları internetin mənfi təsirindən qoruyacaq

Azərbaycanın mobil operatoru uşaqları internetin mənfi təsirindən qoruyacaq backend

"Azercell" MMC uşaqları internetdə arzuedilməz kontentdən qoruyacaq.

Qaziler.az bildirir ki, bunu Trend-ə şirkətdən deyiblər.
Söhbət xüsusi tarif planınının işə salınmasından gedir. Tarif planı arzuedilməz rəqəmsal kontentə (böyüklər üçün informasiya məzmunlu, qumar oyunlarından və zorakılığı təbliğ edən ədəbsiz leksikadan ibarət veb-saytlar) girişi məhdudlaşdıraraq uşağı istənilməyən saytlardan qorumağa imkan verəcək.

Şirkətdən qeyd ediblər ki, "Azercell"in kontent provayderlə bağladığı müqavilədə böyüklər üçün nəzərdə tutulmuş mövzulardan ibarət kontentə girişin uşaqlar üçün məhdudlaşdırılması dəqiq göstərilir: "Ayrıca tarif planına gəlincə, bu məsələni nəzərdən keçiririk və abonentlərin istəklərini ətraflı öyrənirik".
Diaspora