Azərbaycanda yük və sərnişin daşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək

Azərbaycanda yük və sərnişin daşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək backend

Azərbaycan ərazisində yük və sərnişindaşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək.

Qaziler.az bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən verilən məlumata görə, bununla bağlı "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilib.

Qərara əsasən, respublika ərazisində yük və sərnişin daşıma "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”ndan çıxarılıb.

Dəyişikliklər bütün növ nəqliyyat xidmətləri (magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; su limanı sahəsində xidmətlər (liman qurğularının istismarı, yükaşırma və hərəkət təhlükəsizliyi), Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişin daşıma; metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi, sərnişin daşıma fəaliyyəti; şəhərlərarası və şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma və s.) aiddir.
Diaspora