“Expressbank”ın yanvarın 1-nə olan aktivləri 321,8 milyon manat, məcmu kapitalı 138,7 milyon manat təşkil edib.
Qaziler.az-ın məlumatına görə, bankdan AZƏRTAC-a bildirilib ki, müştərilərə verilən kreditlərin məbləği 39,3 milyon manat və ya 16,6 faiz artaraq 275,2 milyon manat olub. Müştəri depozitlərinin həcmi 123,7 milyon manata, əmanətlərin həcmi isə 79,6 milyon manata çatıb. Bu göstərici üzrə 27,2 faiz artım qeydə alınıb.“Expressbank” Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqinə malikdir. Bu, ölkənin bank sektorunda yüksək reytinqlərdən sayılır.