Sahibkarlıq subyektlərinə mənşə sertifikatı 1 günə veriləcək

Sahibkarlıq subyektlərinə mənşə sertifikatı 1 günə veriləcək backend

İxrac malları üçün mənşə sertifikatı 1 günə veriləcək.

Qaziler.az bildirir ki, bu barədə APA-ya İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin 6 fevral 2016-cı il tarixində keçirilmiş Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb.

Qeyd edək ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.
Diaspora