Artıq sahibkarlar daha yüngül şərtlərlə kredit götürə biləcəklər.
Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, bunun üçün yeni layihənin icrasına başlanılıb.Azərbaycanda kiçik sahibkarlar avadanlıq, istehlak mallarını, mal qara, kənd təsərrüfatı məhsullarını, o cümlədən daşınan əmlakını girov qoymaqla kredit götürə biləcəklər.
Bu yeniliklər Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə regional "Kredit məlumatların mübadiləsi" layihəsinin 3-cü mərhələsində öz əksini tapıb. Layihənin baş mütəxəssisi Fabrisio Frabaninin sözlərinə görə, hədəflərə nail olunarsa, bu sahibkarlığın inkişafına böyük töhfə olacaq.
Layihənin 3-ci mərhələsi 1 il ərzində davam edəcək. Ancaq icrası üçün hökümətin müvafiq sənədlərin təsdiqinə ehtiyac var.