Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Murat Karaçantanın ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri və media nümayəndələri ilə görüşü keçirilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Murat Karaçantanın ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri və media nümayəndələri ilə görüşü keçirilib. backend

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Murat Karaçantanın ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri və media nümayəndələri ilə görüşü keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC (AZAL), Türk Hava Yolları təmsilçilərinin də qatıldığı görüşdə çıxış edən müşavir 2015-ci ilin yekunları, 2016-cı ildə görüləcək işlər barədə məlumat verib, görüşün iki ölkə arasında turizm əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Qaziler.az bildirir ki, Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavir Azərbaycanla qarşılıqlı olaraq turist mübadiləsi haqqında danışarkən termal, sağlamlıq, qış, qolf, atçılıq, idman, çimərlik, gənclik, ekoloji, alış-veriş və digər turizm sahələrinin daim dinamik inkişafının və mütəmadi olaraq tanıdılmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, reklam işi, qiymətlərdə endirim, tur operatorları və səyahət agentliklərinin birgə fəaliyyəti turizm təbliğatının daha da gücləndirilməsinə yönəldilməlidir.

Görüşdə sosial şəbəkələrdə ölkənin turizm potensialının təbliğ edilməsi və bundan yararlanma, həftəlik səyahət paketlərinin qiymətlərində endirimlərin reallaşdırılması, AZAL və Türk Hava Yollarının turizm şirkətləri ilə danışıqlara qatılması və 2016-cı il üçün yeni layihələrin reallaşdırılması mövzusunda fikir mübadiləsi aparılıb.

Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin sektor müdiri Bəxtiyar Qılıncov səslənən fikirlərə münasibət bildirərək əlavə edib ki, bir sıra turizm şirkətləri qarşılaşdıqları problemlərlə bağlı öz fikirlərini söylədilər. Eyni zamanda biz də hər zaman şirkətlərə dəstək olduğumuzu bildiririk. Düşünürəm ki, bu səpkidə tədbirlərin keçirilməsi turizm sənayesi üçün çox vacibdir.

Görüş turizm əlaqələrinin inkişafı və perspektivləri mövzusunda fikir mübadiləsi ilə davam edib.
Diaspora