Vergilər naziri 7 müşavirini işdən çıxardı - YENİLƏNİB

Vergilər naziri 7 müşavirini işdən çıxardı - YENİLƏNİB backend

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi baş verib. "APA-Economics" xəbər verir ki, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev, Müşavər Nəbiyev vergilər nazirinin müşaviri vəzifəsindən azad olunublar. Bundan başqa, Taryel Aydın oğlu Quliyev vergilər nazirinin yeni müşaviri təyin olunub. Bu təyinata qədər T. Quliyev Vergilər Nazirliyi Daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsini icra edib.

Qeyd edək ki, kadr dəyişikliyinə qədər nazirin 13 müşaviri olub. Hazırda onların sayı 7-yə endirilib.

Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi də dəyişib. Belə ki, Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin olunub. Onun yerinə isə Samirə Musayeva təyin edilib. S. Musayeva bunadək Vergilər Nazirliyinin Hüquq Baş idarəsinin rəisi olub. Vergilər Nazirliyi Hüquq baş idarəsi rəisi vəzifəsi isə Zeynalabdin Məmmədzadəyə həvalə olunub. Buna qədər Z. MəmmədzadəVergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi olub.

Nazirlikdə kadr dəyişikliyi bununla da yekunlaşmayıb. İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Buna qədər İ. Əhmədov Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi olub. Bu vəzifə isə Toğrul Quliyevə tapşırılıb.

***

Azərbaycanın vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 13-dən 7-ə azaldıb.

Lent.az-ın məlumatına görə, bu barədə aznews.az saytı Vergilər Nazirliyinə istinadən xəbər yayıb.

Məlumata görə, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev və Müsavər Nəbiyev müşavir vəzifəsindən azad olunublar.

Bundan başqa, Tariyel Quliyev nazirin yeni müşaviri təyin olunub.
Diaspora