Fevralın 4-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkədə səfərdə olan İranın Sosial Müdafiə Təşkilatı sədrinin vəzifələrini icra edən Rza Raeinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rza Raei təmsil etdiyi qurum və quruma daxil olan əczaçılıq məhsulları istehsalçısı “Darou pakhsh” şirkəti barədə məlumat verib.Görüşdə Azərbaycanda dərman istehsalının təşkili sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.