Avropa neft proqnozunu kəskin aşağı saldı

Avropa neft proqnozunu kəskin aşağı saldı backend

Avropa Komissiyası 2016-cı il üzrə iqtisadi proqnozunda “Brent” markalı xam neftin ortalama qiymətini 54,2 dollardan 35,8 dollara (34 faiz) endirib. Axar.az xəbər verir ki, qurum “Brent”in 2017-ci ilə olan proqnozunu isə 58,8 dollardan 42,5 dollara salıb.

“Bu ilin yanvarında neftin ucuzlaşmağa davam etməsi proqnozların aşağı düşməsinə səbəb oldu”, - Avropa Komissiyası bildirib.

Qeyd edək ki, AK-dən fərqli olaraq, bir çox analitiklər 2016-cı ilin ikinci yarısından etibarən qiymətlərin yüksələcəyini proqnozlaşdırır.
Diaspora