Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, bu gün səhər seanslarında “Brent” markalı neftin bir bareli 35,34 dollardan satılıb.
Bu, dünənki qiymətlərdən 2,80 dollar artıqdır. Son 24 saat ərzində Qərbi Texas neftinin də qiyməti xeyli bahalaşıb. Dünən WTI markalı neftin bir bareli 29,72 dollardan satılırdısa, bu gün aprel ayı üçün bağlanan fyüçerslərdə bu markalı neftin qiyməti hər barelə görə 32,57 dollardan müəyyənləşib. Ekspertlər neftin bahalaşma tendensiyasının həftə sonuna kimi davam edəcəyini proqnozlaşdırır.