Neft istehsalçıları trilyonlar itirəcək

Neft istehsalçıları trilyonlar itirəcək backend

Bank of Amerika Merrill Linç aşağı neft qiymətlərinin ildə 3 trilyon dollarlıq sərvət axınına səbəb olacağını açıqlayıb. Axar.az xəbər verir ki, mərkəzin yaydığı “Qlobal enerjiyə nəzər” adlı hesabatda xam neft istehsalçılarından neft istehlakçılarına külli miqdarda sərvət axını olacağı qeyd olunub.

“Xam neft istehlakının 55%-i nəqliyyat üçün istifadə edilir. Aşağı neft qiymətləri səbəbindən inkişaf etməkdə olan ölkələrdəki istehlakçılar daha çox nəqliyyat vasitəsi satın almağa çalışacaq. Elektrik və hibrit minik avtomobilləri isə 2020-ci ildə dünyadakı ümumi avtomobillərin yalnız 2 %-ni təşkil edəcək”, - hesabatda qeyd olunub.

Neft qiymətlərində sürətli eniş səbəbindən ötən illə müqayisədə qlobal tələbin 1,7 milyon barrel artdığı deyilən hesabatda bunun son 10 ildə ən yüksək göstərici olduğu açıqlanıb.

“Neftin 1 barreli 70 dollardan aşağı olarsa, qlobal tələb 2020-ci ilə qədər illik təqribi 1,2 milyon barrel artacaq”.
Diaspora