Trans-Anadolu boru kəmərinin (TANAP) marşrutu dəyişməz olaraq qalacaq. Bunu Trend-ə TANAP konsorsiumundan deyiblər.
Qaziler.az bildirir ki, bunu Trend-ə TANAP konsorsiumundan deyiblərKonsorsiumdan qeyd ediblər ki, boru kəmərlərinin salınması zamanı bir sıra tarixi tapıntlar olub, bundan sonra yerli məmurlardan biri əsassız bəyanat verərək boru kəmərinin marşrutunun dəyişəcəyini bildirib: "Boru kəmərinin tikintisi prosesində tarixi tapıntılar əvvəllər də olub, lakin marşrut heç vaxt dəyişməyib. Belə problemlər bir qayda olaraq digər yolla həll olunur. TANAP marşrutunun dəyişməsi məsələsi gündəmdə deyil".Qeyd edək ki, əvvəllər qeyd edilirdi ki, Ankara ətrafındakı Diklitaş rayonunun Gölbaşı qəsəbəsi yaxınlığında boru kəmərinin tikintisi zamanı bir sıra tarixi tikili və əşya tapılıb, buna görə də işlər dayandırılıb.