Azərbaycan Mərkəzi Bankının (AMB) 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə, 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı (NBC Bank ASC-nin lisenziyasının geri çağırılması) qüvvədən düşmüş hesab olunur. "APA-Economics" xəbər verir ki, bu barədə bankın rəsmi feysbuk səhifəsində yayılan xəbərdə deyilir.
"NBC Bank" ASC-nin lisenziyası bərpa olunur. Bu münasibətlə bütün müştərilərimizi təbrik edirik. 03.02.2016-cı il tarixindən NBC Bank ASC bütün bank əməliyyatları üzrə xidmətinizdə olacaqdır", - deyə məlumatda bildirilir.