Dünya bazarında bir neçə gün davam edən bahalaşmadan sonra neftin qiyməti yenidən enməyə başlayıb.
Lent.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün hərraclarda ilkin olaraqbir barreli 34,18 dollara satılan Brent nefti növbəti hərraclarda daha da ucuzlaşaraq 32,79 dollaradək enib.ABŞ-ın bazara çıxardığı Qərbi Texas nefti isə daha çox dəyər itirib və 30,39 dollaradək geriləyib.