Turizmin inkişafında hostellərin yeri

Turizmin inkişafında hostellərin yeri backend

Mlli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik qəbul edildi. Xarici turistlərə verilən elektron vizaların rəsmiləşdirilməsi üçün nəzərdə tutulan müddət 10 gündən 5 günə gədər azaldılıb. Bu addım turizm sahəsinin daha da inkişaf etməsinə və xarici turistlərin ölkəyə axınının çoxalmasına gətirəcək.


Bunu Trend-ə millət vəkili Kamran Nəbizədə bildirib. Millət vəkili əlavə edib ki, bu da, turizm və xidmət sahəsində fəaliyyət göstərən infrastruktur obyektlərinin və ümumiyyətlə dövlətin gəlirlərini artıracaq: "Vacib olan, vizaların verilməsində süni əngəllərə və gecikmələrə yol verilməsin. Belə hallara yol verilərsə, təbii ki, xarici turistlərdə bizim ölkə haqqında ilkin mənfi təəssürat yarana bilər, hətta xarici turistləri Azərbaycana səyahət etməkdən yayındıra bilər. İnanıram ki, viza verilmə prossesinin sadələşməsi turizmin inkişafına böyük təkan verəcək. Bundan əlavə, turizmin inkişafına təsir edən bir sıra başqa mühüm amillər var: xidmət sahəsində mövcüd olan infrastruktur, xidmətlərin qiymət səviyyəsi və keyfiyyəti. Bu baxımdan, Azərbaycanda turizmin inkişafı sahəsində gələcək perspektivlər və tədbirlər müzakirə olunmalıdır. Mən yalnız bir məqama toxunmaq istərdim. Dünya Turizm Təşkilatının 2014-cü ilin hesabatına görə, dünyada turistlərin 40% ucuz turizm paketlərini seçirdilər, hostel tipli mehmanxanalarına və kənd turizminə üstünlük verirdilər. Hostel – Avropada geniş yayılmış yataqxana tipli, gündəlik qiyməti 5-10 dollar səviyyəsində olan ucuz mehmanxanadır. Bu sahədə Azərbaycanda böyuk realizə olunmamış imkanlar var. Müqayisə üçün: Gürcüstanda hostellərin sayı artıq 100 çatıbsa, Azərbaycanda cəmi 5-6 hostel tipli mehmanxana fəaliyyət göstərir. Mənim fikrimcə, bu cür mehmanxanaların Azərbaycanda yaradılması həm turizmin inkişafına xidmət edər, həm də əlavə iş yerlərinin açılmasına şərait yaradar".
Diaspora