Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. APA TV-nin məlumatına görə, bu gün səhər seanslarında “Brent” markalı neftin bir bareli 33,47 dollardan satılıb. Bu, ötən həftənin son senasındakı qiymətdən 2,44 dollar, dünənki qiymətlərdən isə 1,72 dollar ucuzdur.
Son 24 saat ərzində Qərbi Texas nefti də xeyli ucuzlaşıb. Dünən WTI markalı neftin bir bareli 32,95 dollardan satılırdısa, bu gün aprel ayı üçün bağlanan fyüçerslərdə bu markalı neftin qiyməti hər barelə görə 30,97 dollardan müəyyənləşib. Ekspertlər neftin yenidən ucuzlaşmasını Çinin sənaye sektorunda inkişaf tempinin aşağı düşməsi ilə əsaslandırır. Bu sektorda son 3,5 ilin ən aşağı göstəriciləri qeydə alınıb. Digər tərəfdən Rusiya ilə OPEK arasında neft hasilatını 5 faiz aşağı salmaq barədə razılıq əldə olunduğu xəbərinin təkzib olunması da qiymətlərə neqativ təsir göstərib.