SOCAR dizel yanacağının həcmini azaldıb

SOCAR dizel yanacağının həcmini azaldıb backend

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi bu ilin yanvar ayında 73 823 ton dizel yanacağı ixrac edib.

Qaziler.az SOCAR-a istinadən xəbər verir ki, ötən ay ixrac olunan dizel yanacağının həcmi 2015-ci ilin yanvar ayından 33,6% az olub.
Ötən ay SOCAR 41 734 ton təyyarə yanacağı ixrac edib ki, bu həcm ötən ilin yanvarına nisbətən 2,6 dəfədən çox artıb.
Yanvarda SOCAR 7 078 ton yüksək təzyiqli polietilen, 809 ton mütləqləşdirilmiş izopropil spirti, 2 526 ton maye piroliz qətranı, 3 097 ton propilen, 60 ton mütləqləşdirilmiş diizopropil efiri və 2 400 ton butilen butadien fraksiyası ixrac edib.
Hesabat ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 400,35 dollar, təyyarə yanacağı - 293,48 dollar, dizel yanacağı - 272,48 dollar, 1% kükürdlü mazutun qiyməti 130,85 dollar təşkil edib.
Yanvar ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli orta hesabla 30,70 dollara, "Urals" nefti 29,58 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 32,33 dollara satılıb.
Diaspora