Nigeriya Dünya Bankından 3,5 milyard dollar kredit istəyib. Axar.az xəbər verir ki, bunu “Faynənşl Tayms” qəzetinə müsahibəsində Nigeriyanın Maliyyə naziri Kemi Adeosun söyləyib. Onun sözlərinə görə, hökumətin bu addımı atmasına səbəb büdcədə yaranan defisitin qapadılması olub.
Qeyd edək ki, Nigeriya iqtisadiyyatı tam olaraq neft satışından asılıdır. Neftin qiymətinin həddən artıq ucuzlaşması bu ölkənin gəlirlərini xeyli dərəcədə aşağı salıb.