Tikinti sektoruna xarici investorlar cəlb edilməlidir

Tikinti sektoruna xarici investorlar cəlb edilməlidir backend

Son dövrlər Azərbaycanda tikinti sektorunda durğunluq müşahidə olunur. Ekspertlər hesab edir ki, maliyyə çətinliyinin yarandıği bir dövrdə xarici investorlarin cəlb edilməsinə böyük ehtiyac var.

Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, tikinti sektorunun böyüməsi həm yeni iş yerlərinin açılmasına səbəb ola bilər, həm də rəqabət mühitində əmlakın qiyməti aşağı düşər. Bunun üçün isə bəzi islahatların aparılmasına ehtiyac var.

Azərbaycanda əmlak bazarında durğunluq yaşanır. Əksər tikinti şirkəti fəaliyyətini dayandırıb , alqı-satqı ofisləri isə satış həyata keçirə bilmir. Ekspertlər ölkəmizdə mənzilə kifayət qədər böyük təlabat olduğunu, bu sahənin inkişafı üçün isə xarici investroların cəlb edilməsini vacib hesab edir.


Ekspertlər bildirir ki, ölkəmizdə təlabat olsada bir çox halda hətda yerli investorlarda pullarını başqa ölkələrə yatırırlar.

Bunun baş verməməsi üçün qonşu Türkiyənin təcrübəsindən istifadə ermək olar. Yəni islahatlar aparmaqla. Xüsusən də yerli istehsalda olmayan tikinti materiallarının idxal xərclərinin azaldılmasına ehtiyyac var.

Bundan başqa, ölkəmizdə tikinti icazəsi alınması üçün 100-ə yaxın sənəd toplamaq lazım gəlir ki, bu da xarici investorları ölkəmizə investisya qoymaqdan çəkindirən əsas amilllərdən biridir.
Diaspora